rx online

 

“Kimya Problemləri” (Chemical Problems) jurnalı 2003-cü ildən dərc olunur. Jurnalın təsisçiləri : AMEA-nın akad. M.F.Nağıyev adına Kimya Problemləri İnstitutu, R.Aqladze adına Qeyri-üzvi və Elektrokimya İnstitutu (Gürcüstan), Akif Şıxan oğlu Əliyev və “Turan” kiçik müəssisəsidir. Jurnalda kimya elminin müxtəlif sahələrinə aid tədqiqatların nəticələri dərc olunur: neft kimyası və neft emalı, elektrokimya, polimer kimyası, kimyəvi kinetika və kataliz, kristallokimya, nanokimya, üzvi və qeyri-üzvi kimya, alternativ enerji mənbələrınin tədqiqi, ekoloji kimya, materialşünaslıq və s. Jurnal ABŞ, Pysiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna və b. ölkələrdə yayılır. Alman firması “Kubon und Zaqner” (Kubon & Sagner) xaricdə jurnalın yayımı ilə məşğuldur. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (19.09.2002-ci il tarixli 105 saylı reqistrasiya), Ali Attestasiya Komissiyası rəyasət heyətinin 09.07.2004-ci il tarixli (protokol № 13 – Р) qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc edilməsi tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilmişdir.
Jurnal dövrü nəşrlərin Beynəlxalq qeydiyyat mərkəzində qeydiyyatdan keçib və 2221-8688 ISSN indeksini alıb, bu da beynəlxalq referativ nəşrlərdə jurnal haqqında informasiyanın verilməsini təmin edir.
Jurnal 15 müxtəlif biblioqrafik, referativ bazalarda və axtarış sistemlərində yerləşdilib:
CAS, İndex Copernicus, e.Library.ru, CYBERLENİNKA, VİNİTİ, ResearchBib, DRJİ, ULRICHSWEB, SİS, The Journal İmpact Factor, İİJİF, Science Library İndex, İAEA|İNİS, WCOSJ, AcademicKeys.
2017-ci ilin oktyabr ayında Kimya Problemləri jurnalı Web of Science elmi bazaya daxil edilib.

Jurnal aşağıdakı beynəlxalq bazalarda referatlaşdırılır və indeksləşir: