rx online
  • KİMYA PROBLEBLƏRİ jurnalı öz fəaliyyətinində elmi nəşrlərin Etika Komitəsinin tövsiyələrinə əsaslanır.

Baş redaktorun vəzifələri

  • Baş redaktor resenziyaları nəzərə alaraq hansı məqalələrin çapa gedəcəyinə qərar verir. Bu zaman o işin elmi əhəmiyyətinə və nəticələrin doğruluğuna əsaslanır.
  • Təqdim olunan məqaləyə qiymət verəndə müəlliflərin irqi, cinsi, sosial vəziyyəti, dini mənsubiyyəti yox, yalnız işin məzmunu əsas götürülür.
  • Təqdim olunan məqalənin nəticələrini şəxsi mənfəət üçün və yaxud başqa şəxslərə istifadə etmək üçün müəllifin razılığı olmadan vermək olmaz.Redaktə edən zaman məqalədə olan yeni informasiya və ideyalar konfidensialdır və mənfəət üçün istifadə oluna bilməz.
  • Redaktor plaqiat məqalələri çapa buraxmır.

Resenzentlərin vəzifələri

  • Resenzent elmi ekspertizanı apararkən aşağıdakı prinsiplərə əsaslanmalıdır:
  • Əgər resenzent hesab edir ki, elmi iş onun sahəsinə aid deyil və yaxud müəllifnən hansısa bir konflikti var , bu zaman o resenzent olmaqdan imtina edir.
  • Redaksiyaya təqdim olunan məqalə konfidensial materialdır. Onu kənar adamlara vermək olmaz.
  • Resenzent işə obyektiv və arqumentli rəy verməlidir. Müəllifin şəxsiyyətini tənqid etmək yolverilməzdir.
  • Resenzent rəy verdiyi məqalənin nəticələrini şəxsi marağı üçün istifadə etməyəcəyinə aid iltizam verir.

Müəlliflərin vəzifələri

  • Müəlliflər apardığı tədqiqatların doğru nəticələrini təqdim etməlidirlər. Müəlliflər təqdim etdikləri materialın orijinallığına cavabdehdilər.
  • Plaqiat yolverilməzdir.
  • Başqa jurnala göndərilmiş və yaxud artıq dərc olunmuş məqaləni jurnala təqdim etməməlidirlər
  • Məqalənin həmmüəlifləri yalnız tədqiqatda iştirak edən şəxslər ola bilər.