“Kimya Problemləri” (Chemical Problems) jurnalı 2003-cü ildən dərc olunur. Jurnalın təsisçiləri : AMEA-nın akad. M.F.Nağıyev adına Kimya Problemləri İnstitutu, R.Aqladze adına Qeyri-üzvi və Elektrokimya İnstitutu (Gürcüstan), Akif Şıxan oğlu Əliyev və “Turan” kiçik müəssisəsidir. Jurnalda kimya elminin müxtəlif sahələrinə aid tədqiqatların nəticələri dərc olunur: neft kimyası və neft emalı, elektrokimya, polimer kimyası, kimyəvi kinetika və kataliz, kristallokimya, nanokimya, üzvi və qeyri-üzvi kimya, alternativ enerji mənbələrınin tədqiqi, ekoloji kimya, materialşünaslıq və s. Jurnal ABŞ, Pysiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna və b. ölkələrdə yayılır. Alman firması “Kubon und Zaqner” (Kubon & Sagner) xaricdə jurnalın yayımı ilə məşğuldur. Jurnal Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (19.09.2002-ci il tarixli 105 saylı reqistrasiya), Ali Attestasiya Komissiyası rəyasət heyətinin 09.07.2004-ci il tarixli (protokol № 13 – Р) qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc edilməsi tövsiyə edilən elmi nəşrlərin siyahısına daxil edilmişdir.
|