rx online
rx online

TƏBRİK EDİRİK!

flirtcam porn minecraft

Akademik Dilqəm Tağıyev Azərbaycanda elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “ŞÖHRƏT” ordeni ilə təltif olunmuşdur. Bu münasibətlə onu, “Chemical Problems” jurnalının təsisçiləri, redaksiya şurası və heyəti təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, gələcək elmi işlərində müvəffəqiyyətlər və bol-bol nailiyyətlər arzu edirlər.

flirtcam porn minecraft

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

TƏBRİK EDİRİK!

“Chemical Problems” jurnalının təsisçiləri və redaksiya şurası jurnalın redaksiya şurasının üzvü akademik Abel Məhərrəmovu 70 illik yubileyi münasibətilə  ürəkdən təbrik edir. Ona möhkəm can sağlığı, şəxsi həyatında və gələcək elmi işlərində müvəffəqiyyətlər arzu edirlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

TƏBRİK EDİRİK!

Akademik Vaqif Fərzəliyev Azərbaycanda elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən “ŞƏRƏF” ordeni ilə təltif olunmuşdur. Bu münasibətlə onu, baş redaktoru olduğu “Chemical Problems” jurnalının təsisçiləri, redaksiya şurası və heyəti təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, gələcək elmi işlərində müvəffəqiyyətlər və bol-bol nailiyyətlər arzu edirlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

TƏBRİK EDİRİK!

“Chemical Problems” jurnalının təsisçiləri, redaksiya şurası və heyəti jurnalın AMEA-nın akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyevi 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir. Ona möhkəm can sağlığı, gələcək elmi işlərində müvəffəqiyyətlər və rəhbərlik etdiyi qurumun fəaliyyətində nailiyyətlər arzu edirlər.

Read more >>

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

    TƏBRİK EDİRİK!

“Chemical Problems” jurnalının təsisçiləri, redaksiya şurası və heyəti jurnalın baş redaktoru Vaqif Fərzəliyevi 80 illik yubileyi münasibətilə  ürəkdən təbrik edir. Ona möhkəm can sağlığı, gələcək elmi işlərində müvəffəqiyyətlər və redaktoru olduğu jurnalın daha da çiçəklənməsini arzu edirlər.

AMEA-nın həqiqi üzvü (akademik), kimya üzrə elmlər doktoru, professor Fərzəliyev Vaqif Məcid oğlunun elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında

Daha çox>

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

    TƏBRİK EDİRİK!

“Chemical Problems” jurnalının baş redaktoru, təsisçiləri, redaksiya şurası və heyəti akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini Mirzə Mövsümzadəni 80 illik yubileyi münasibətilə  ürəkdən təbrik edir. Ona möhkəm can sağlığı, uzun ömür və gələcək elmi işlərində müvəffəqiyyətlər arzu edirlər.

Mirzə Mövsümzadə 1939-cu il oktyabrın 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1958-1963-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasının (undiki ADNSU) kimya texnologiyası fakültəsində təhsil alıb. 1963-cü ildə Azərbaycan Neft-Kimya Prosesləri İnstitutuna işə qəbul olunub. 1968-ci ildə “α-monoxlorhidrin qliserin efirləri törəmələrinin sintezi və yağlara aşqar və polimer materiallarına stabilizator kimi tədqiqi” mövzusunda namizədlik dissertasiyasını, 1986-cı ildə “Elektrolit-karbohidrogen sistemləri üçün səmərəli metalların korroziyası inhibitorlarının sintezi və alınma texnologiyasının işlənilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, kimya üzrə elmlər doktoru elmi dərəcəsini almış, 1991-ci ildə isə professor elmi adına layiq görülmüşdür. 1967-1983-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi, «Yanacaqlara aşqarlar» laboratoriyasının rəhbəri vəzifələrində çalışmış, 1992-ci ildən bu günədək institutun elmi işlər üzrə direktor müavinidir. Mirzə Mövsümzadə neft kimyası sahəsində tanınmış alimdir. Mirzə Mövsümzadənin elmi fəaliyyəti bilavasitə AMEA-da akademik Ə.Quliyevin rəhbərlik etdiyi “Sürtkü yağları və aşqarlar” laboratoriyası və 1965-ci ildə onun əsasında təşkil edilmiş, keçmiş SSRİ-də yeganə ixtisaslaşmış elmi mərkəz olan AMEA Aşqarlar Kimyası İnstitutu ilə bağlıdır. Onun elmi fəaliyyətinin əsas istiqamətini müxtəlif funksional təsirli və yüksək effektli korroziya inhibitorlarının məqsədyönlü sintezi, onlar əsasında inhibitor qarışıqlarının alınması və yanacaqların istismar xassələrini yaxşılaşdıran yüksək təsirli aşqarların yaradılmasının elmi əsaslarının işlənib hazırlanması təşkil edir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmış bir sıra inhibitorlar, aşqarlar və sürtkü yağları, o cümlədən xüsusi təyinatlı yağlar sənayedə tətbiq edilmişdir. Son illərdə onun elmi fəaliyyət istiqamətlərindən biri bitki yağlarının transefriləşməsi reaksiyası nəticəsində alınan biodizel və onun törəmələri əsasında ekoloji təhlükəsiz yanacaq aşqarlarının işlənib hazırlanmasıdır.

Mirzə Mövsümzadə 250-ə yaxın elmi əsərin, o cümlədən 44 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Onun rəhbərliyi ilə 2 elmlər doktoru və 12 fəlsəfə doktoru hazırlanmışdır. Mirzə Mövsümzadənin xidmətləri dövlətin də diqqətindən kənarda qalmamışdır. O, bir neçə dəfə AMEA-nın Fəxri Fərmanları (1999, 2004, 2009), “Əməkdar elm xadimi” fəxri adı (2005) və “Şöhrət” ordeni (2015) ilə təltif olunmuşdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  TƏBRİK EDİRİK!

 

“Chemical Problems” jurnalının baş redaktoru, təsisçiləri, redaksiya şurası və heyəti AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunu 90 illik yubileyi münasibətilə institutun rəhbərliyini və əməkdaşlarını ürəkdən təbrik edir. Onlara möhkəm can sağlığı, və gələcək elmi işlərində müvəffəqiyyətlər arzu edirlər.

                                                                             

 

 

 

 

 

 

 

 

 

 

 

ALLAH RƏHMƏT ELƏSİN!
6. “Chemical Problems” jurnalının redaksiya şurası və heyəti İDRİS MƏCİD OĞLU ƏHMƏDOVUN vəfatından kədərləndiyini bildirir, onun ailəsinə, yaxınlarına dərin hüznlə baş sağlığı verir.

Kimya elminin inkişafında danılmaz xidmətləri olan, üzvi və farmako- kimyanın ən mühüm istiqaməti olan asimmetrik sintezdə yeni katalizator təklif etmiş görkəmli alim, kimya elmləri doktoru, professor İdris Məcid oğlu Əhmədovun vəfatı, bütün Azərbaycan kimyaçıları üçün ağır itkidir.

İdris Məcid oğlu Əhmədov 1938-ci il oktyabrın 1-də Qərbi Azərbaycanın Dərələyəz mahalında müəllim ailəsində anadan olmuşdur. 1956-cı ildə Naxçıvan MR Şərur rayonu Oğlan Qala kənd orta məktəbini qızıl medalla bitirərək, həmin ildə də Azərbaycan Dövlət Universitetinin (BDU) kimya fakültəsinə daxil olmuş və oranı 1961-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

İ.M.Əhmədov həmin ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasına daxil olmuş və akademik Y.H.Məmmədəliyevin rəhbərliyi ilə ilk elmi fəaliyyətinə başlamışdır. 1966-cı ildə akademik M.Ə.Məmmədyarovun rəhbərliyi ilə k.e.n. dissertasiyasını müdafiə etmişdir.

İ.M.Əhmədov elmi işlərini pedaqoji fəaliyyəti ilə uzlaşdıran alimdir. O, 1966-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunun kimya texnologiyası fakultəsində, 1991-1993-cü illərdə isə Azərbaycan Neft Akademiyası Neft və qaz texnologiyası fakültəsində əvəzçiliklə pedaqoji fəaliyyətdə olmuşdur. 1961-1970-ci illər arası NKPİ-də çalışdıqdan sonra, 1970-ci ildən NKPİ-nun Sumqayıt filialında (Polimer Materialları İnstitutu) elmi fəaliyyətini davam etdirmişdir.

1974-1993-cü illər arası Selen üzvi birləşmələr və “Optiki aktiv birləşmələr” la-boratoriyasının rəhbəri olmuş, silisium və selen üzvi birləşmələr sahəsində səmərəli tədqiqatlar aparmışdır. Lakin onun elmi fəaliyyətinin əsas istiqaməti, müasir üzvi və bioüzvi kimyanın ən intensiv inkişaf edən istiqamətlərindən biri olan, xiral katalizatorlar əsasında optiki aktiv üzvi birləşmələrin sintezidir.

1970-ci ildən başlayaraq qabaqcıl elm mərkəzləri və universitetlərində enzimlər kimi yüksək stereo və enantioseçiciliyə malik katalizatorlar hazırlamaq üçün tədqiqatlar aparılır. Bu istiqamətdə aparılan araşdırmalar nəticəsində İ.M.Əhmədov dünyada ilk xiral Lyuis turşusu katalizatorunu: L-mentil-etil efirinin BF3 kompleksini sintez etmiş (İ.M.Axmedov, M.M.Quseynov. A.C. №-379281. B.İ., №-20, 1973.) və asimmetrik Diels-Alder (ADA) və en reaksiyasına tətbiq etmişdir. Bu katalizatorların tətbiqi nəticəsində 3 mərhələli (ADA) reaksiyasını bir mərhələdə reallaşdırmaq mümkün olmuşdur.

Beləliklə, ilk xiral Lyuis kataliztorunun sintezi və üzvi kimyada tətbiqi, asimmetrik sintezin yeni strategiyasının əsasını qoymuşdur. Alınan nəticələr Azər. Kim. Jur. (№-1, 1976) da dərc olunduqdan sonra, qısa bir zamanda məşhur dünya alimlərinin diqqətini cəlb etmiş və bu tətqiqat kəşf kimi qiymətləndirilmişdir. Bu xiral katalizatorun sintezi və tədbiqi A.Koskinenin “Synthesis, G.R.Stephansonun “Advances asymmetric Synthesis”, J.D.Morrisonun “Asymmetric synthesis” və B.M. Potapovun “Стереохимия” kitabına asimmetrik sintezin səmərəli və müasir metodu kimi daxil olmuşdur. Bu strategiyadan faydalanaraq yeni xiral katalizator hazırlayıb, asimmetrik sintezdə tətbiq edən dünya alimlərinə misal olaraq Yaponiyada prof. K.Koga, K.Narasaka, H.Yamamato, Y.Mori, T.Mikaiyama, Polşada J.Yurczak, İsveçdə Ch.Chapuis, Almaniyada D.Seebach, G.Helchem, H.Altenbach, V.Kaufman, Finlandiyada A.Koskinen, Amerikada R.Kelly, D.Heller, M.Nohgradi, L.Paguette, M.Morrison, D.Valentine, J.Scott, İngiltərədə A. Witting, Fransada H.Kagan, O.Riant, S.Arsebiyadis, Hindistanda N.Joshi, İçveçrədə T.Frejd, İspaniyada D.Carmona, M.Lamata, L.Oronu və b.göstərmək olar.

1970-ci illərdə BBr3 katalizatoru da İ.M.Əhmədov və əməkdaşları tərəfindən ilk dəfə dien sintezinə tətbiq edilərək müsbət nəticələr əldə edilmişdir.

1990-cı il Qanlı Yanvar faciəsi zamanı Azərbaycan xalqı və Azərbaycan elmi böyük itki vermişdir. Faciə zamanı İdris müəllimin yaxın dost və iş yoldaşları – professorlar S.Məmmədova, İ.İbrahimov və İ.Mursaqulov vaxtsız həlak olmuş, k.e.n. P.Mustafayeva və İ.M.Əhmədov isə ağır yaralanmışlar. Müalicə olunmaq və sonra da işləmək üçün o, Orta Doğu Texniki Universitetindən (Ankara, Turkiyə) dəvət alır. İ.M.Əhmədov burada (S)-pirrolin əsasında daha 3 yeni xiral katalizator sintez edir və onların əsasında optiki saflığı 90-96 faiz olan (ADA) adduktları və müxtəlif optiki aktiv birləşmələr sintez edilmişdir.

1990-cı il Kimya üzrə Nobel Mükafatı Laureatı, Harvard Universitetinin (ABŞ) professoru E.J.Corey 2 icmal məqaləsində bu xiral katalizatorların sintezinə və tətbiqinə yüksək qiymət vermişdir. Göstərilən xiral katalizatorlar eyni zamanda 2001-ci ildə E.N.Jacobson, A.Pfaltz və H.Yamamato tərəfindən yazılmış 3 cildlik “Comphensive Asymmetric Catalysis” kitabına da daxil edilmişdir.

Son zamanlar İ.M.Əhmədovun optiki aktiv pirrol, indol, indolizin və kamfor törəmələrinin sintezinə aid onlarca məqaləsi Avropa jurnallarında çap edilmişdir.

İ.M.Əhmədov ilk dəfə enzimlərin iştirakı ilə heksa-xlornorbornen, norbornadien, tiofen və furanın rasemat qarışıqlarını optiki aktiv enantiomerlərə ayırmışdır. İ.M.Əhmədov polimer kimyaçıları ilə də birgə səmərəli tədqiqatlar aparmışdır. Onun yeni sintez etdiyi 1,5-ditiofenil-pirrol və pentafluor – pirrol əsasında elektropolimerləşdirmə metodu ilə qırmızı, sarı və yaşıl rəng verən yarımkeçirici polimerlər sintez edilmiş və Avropa jurnallarında 15 məqalə çap edilmişdir.

Beləliklə, xiral Lyuis katalizatorunun kəşfi və asimmetrik sintezin yeni strategiyasının hazırlanması sahəsində son 35 ildə optiki aktiv birləşmələrə aid onlarla kitab və minlərlə məqalə yazılmış, klassik üzvi kimyanın bir çox reaksiyası asimmetrikləşdirilmişdir (asimmetrik alkilləşmə -, Fridel-Krafts-, Darzan-, tsiklopropan-laşma, epoksidləşmə və asimmetrik polimerləşmə reaksiyalarını göstərmək olar).

İ.M.Əhmədov 2009-cu ildən ömrünün son günlərinə qədər məqalənin müəlliflərindən biri ilə BDU ilə əməkdaşlıq müqaviləsi əsasında Neftkimya Prosesləri İnstitunun “Tsikloolefinlər” laboratoriyasında aparılan tədqiqatlar nəticəsində iki Azərbaycan Patentlərinin (Patent №: İ 2013 0043 və İ 2014 0058)  birgə müəllifi olmuşdur. Bu tədqiqatların nəticəsində iki kimya üzrə fəlsəfə doktoru dissertasiyaları müvəffəqiyyətlə müdafiyə olunmuşdur.

İ.M.Əhmədov 200-dən çox məqalənin, o cümlədən 45 müəlliflik şəhadətnaməsinin müəllifidir. Bu məqalələrin 50-si Avropa jurnallarında çap olunmuşdur. O, bir çox beynəlxalq elmi simpozium və konfransların iştirakçısı olmuşdur. O, elmi kadrların hazırlanması sahəsində də məhsuldar işləmişdir. Onun rəhbərliyi altında AMEA-da elmlər doktoru, 8 elmlər namizədi, Orta Doğu Universitetində prof. C.Tanyeli ilə 3 elmlər doktoru, 15 magistr və prof. A.Demirlə 1 elmlər doktoru və 10 magistr dissertasiyasının rəhbəri olmuşdur.

Professor İ.M.Əhmədov 2007-ci ildən ömrünün sonuna qədər – 19 yanvar 2019-cu ilə kimi BDU-nun kimya fakültəsinin “Üzvi kimya” kafedrasının professoru kimi fəaliyyət göstərmişdir. İdris müəllim bu elm ocağında da xiral katalizator və asimmetrik sintez sahəsində tədqiqatlar aparmışdır.

Allah rəhmət eləsin, nə qədər ki, İdris müəllimi tanıyan alimlər, aspirantlar, tələbələr və dostları var, İdris müəllim unudulmayacaq.

 

BDU-nun “Kimyanın metodikası” kafedrasının müdiri, professor Ə.T. Əzizov

AMEA NKPİ-nin “Tsikloolefinlər” laboratoriyasının   müdiri, k.e.d., professor  A.H.Həsənov

 

 

 

 

 

 

 

 

 

 

TƏBRİK EDİRİK!

Azərbaycan Kimya Jurnalı  ölkəmizdə kimya üzrə ən məşhur еlmi nəşrlərdən biri olub, 1959-cu ildən dərç оlunur. Jurnal kimya və kimya tехnоlоgiyasının aktual prоblеmlərinə, qеyri-üzvi, üzvi və fiziki kimyaya, nеft kimyasına, kinеtika və katalizə, mоdеlləşmə və оptimallaşdırmaya aid оlan tədqiqatlara və həmçinin еkоlоgiya prоblеmlərinə həsr оlunmuş məqalələri çap еdir. “Chemical Problems” jurnalının redaksiya şurası və heyəti Azərbaycan Kimya Jurnalının 60 illik yubileyi münasibətilə jurnalın əməkdaşlarını və redaksiya şurasını ürəkdən təbrik edir. Onlara möhkəm can sağlığı, işlərində müvəffəqiyyətlər və jurnalın daha da çiçəklənməsini arzu edirlər.

                                                 Redaksiya şurası və heyəti

 

 

 

 

 

 

4. 23-27 iyun 2019-ci il tarixlərində Moskva vilayətinin Çernoqolovka şəhərində Rusiya Elmlər Akademiyası Bərk Cisimlər Fizikası İnstitutunun bazasında beynəlxalq iştirak ilə “Yanacaq elementləri və onlar əsasında enerji qurğuları” VI Ümumrusiya konfransı və “Yüksək effektivlikli yanacaq elementləri və onlar əsasında enerji qurğuları” III gənc alimlər məktəbi keçiriləcəkdir  http://www.issp.ac.ru/fuelcell2019/.
Konfransın informasiya üzrə Baş sponsoru “Chemical Problems” jurnalıdır.

 

 

 

 

 

TƏBRİK EDİRİK!

 

3. “KİMYA PROBLEMLƏRİ” jurnalının baş redaktoru, redaksiya şurası və redaksiya heyəti,  “KİMYA PROBLEMLƏRİ” jurnalının redaksiya şurasının üzvü, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor, Azərbaycan Dövlət Mükafatı Laureatı, Əməkdar Elm Xadimi – Əli Nəcəfqulu oğlu Nuriyevi 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində uğurlar arzulayırlar.

 

 

2. “KİMYA PROBLEMLƏRİ” jurnalı Clarivate Analytics-in “Web of Science Azerbaijan-2018” mükafatına layiq görülmüşdür.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  1. October 18-19, 2018, in the city of Makhachkala (RF), an international scientific-practical conference and a school of young scientists will be held “CHEMISTRY, CHEMICAL TECHNOLOGIES AND ECOLOGY: SCIENCE, PRODUCTION, EDUCATION”. Informational support belongs to the journal “CHEMICAL PROBLEMS”.