MÜƏLLİFLƏR ÜÇÜN QAYDALAR
“KİMYA PROBLEMLƏRİ” jurnalı kimyanın müxtəlif sahələrinə aid yeni orijinal tədqiqatların nəticələrini əks etdirən məqalə və icmallar dərc edir. Məqalələr aşağıdakı vacib tələblərə cavab verməlidir.
– Məqalənin adı onun məzmununa uyqun olmalıdır
– Şərhlər dəqiq və məntiqli olmalıdır və səlis dildə yazılmalıdır
– Məqaləyə yalnız qoyulan problemə aid və müzakirə olunan eksperimental material daxil edilməlidir
– Cədvəllər, şəkillər məqalədəki teksti təkrar etməməlidir
– Eksperimentlərin təsviri ətraflı verilməlidir ki, onları təkrar etdikdə alınan nəticələri qiymətləndirmək mümkün olsun.
– ədəbiyyat siyahısı dəqiq tərtib olunmalıdır : istinadlar aparılan tədqiqata aid ən yeni mənbələri əhatə etməlidir. Tədris və metodik vəsaitlərə, konfrans tezislərinə, dissertasiya və avtoreferatlara istinadlar verilməməlidir.

Məqalənin texniki tərtibatı:

– Məqalə (Microsoft Word for Windows, şrift ölçüsü 12 pt, Times New Roman) 1.5 interval məsafə ilə və hər tərəfdən 2.5 sm çərçivə ölçüləri ilə A4 formatında tərtib olunub redaksiyanın electron ünvanına göndərilməlidir.
– Məqalənin mətni yuxarı tərəfdə soldan UOT indeksi ilə başlamalıdır. Sonra vərəqin ortası ilə məqalənin adı, onun altında müəlliflərin inisialları və familiyaları (12 pt), familiyaların altında məqaləni təqdim edən institutun (müəssisənin və s.) tam adı, poçt ünvanı və məsul müəllifin telefon nömrəsi və elektron poçtu verilməlidir (11 pt). Sonra annotasiya və açar sözlər verilməlidir (11 pt). Bu tərtibat üç dildə (azərbaycan, rus və ingilis dillərində) olmalıdır. Məqalənin hansı dildə yazılmasından asılı olaraq annotasiya həmin dildə əvvəldə, qalan iki dildə isə məqalənin sonunda yerləşdirilir.
– Riyazi və kimyəvi formullar mötərizədə ərəb rəqəmləri ilə, kimyəvi birləşmələr isə rum rəqəmləri ilə nömrələnir. Yalnız mətndə istinad verilən formullar nömrələnir.
– Mətndə bir kimyəvi birləşmənin adı bir dəfədən çox istifadə olunursa, birinci dəfə onun tam adı və mötərizədə qısaldılmlş adı, daha sonra isə mötərizəsiz yalnız qısa adı göstərilməlidir.

-Azərbaycan və rus dillərində yazılan məqalələrdə şəkilaltı yazılar və cədvəllərin adları məqalə yazıldığı dillə yanaşı ingilis dilində də göstərilməlidir.

– Müəllif tərəfindən qəbul olunmuş qeyri-standart işarələr və ixtisarlar varsa, ilk işlənmə zamanı onların izahı verilməlidir – Onluq kəsrlərdə tam hissə kəsrdən nöqtə ilə ayrılır (5.32, 4.6 və s.)
– Mətndə ədəbiyyata istinad (10-dan az olmamaqla) kvadrat mötərizələrdə verilir  [  ].

         Məqalənin titul vərəqəsinin tərtibat nümunəsi:

UOT 665.777.4.66.094.173.
    MAZUTUN SUZPENZLƏŞDİRİLMİŞ YERLİ ALÜMOSİLİKATIN İŞTİRAKI İLƏ HİDROKREKİNQ PROSESİNİN TƏDQİQİ

G.S. Muxtarova, A.B. Həsənova, X.T. Eyyubova, H.C. İbrahimov,V.M. Abbasov 

                               AMEA Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu,
Az 1025, Bakı, Xocalı prospekti, 30
Fax: (+99412) 490-24-76, e-mail: gulermuxtarova@yahoo.com 

Məqalədə mazutun suspenzləşdirilmiş yüksəkdispersli alümosilikat katalizatorunun və onun keçid metalları ilə (Ni, Мo) modifikasiyasının iştirakı ilə hidrokrekinq prosesinin nəticələri göstərilmişdir. Müəyyən edilmişdir ki, optimal şəraitdə (4300C, 1 MPa) mazutun hidrokrekinq prosesini katalizatorsuz apardıqda 46.6 % (kütlə) açıq rəngli neft məhsulları alınır. Sistemə 2.5% Az-4 katalizatoru əlavəsiylə açıq rəngli neft məhsullarının çıxımı 7 %-ə qədər artaraq 53.0 %, prosesi Ni, Mo-lə modifikasiya edilmiş Az-4-lə apardıqda isə açıq rəngli neft məhsullarının çıxımı artaraq 60.0 % təşkil edir.
Açar sözlər: hidrokrekinq, mazut, alümosilikat, keçid metalları, benzin fraksiyası, dizel fraksiyası.

                

Məqalənin məntiqi strukturu

Məqalənin strukturu aşağıdakı bölmələrdən ibarət olmalıdır:
GİRİŞ, EKSPERİMENTAL HİSSƏ, NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ, ƏDƏBİYYAT SİYAHISI 

Giriş:
qoyulan problemin aktuallığını elmi ədəbiyyata istinad etməklə əsaslandırılmaq lazımdır. İşin məqsədi konkret və aydın göstərilməlidir.
Eksperimental hissə:
– Təcrübələrin təsviri ətraflı və dəqiq olmalıdır ki, alınan nəticələri qiymətləndirmək mümkün olsun. İstifadə olunan cihazların markası göstərilməlidir.
Nəticələr və onlarin müzakirəsi:
– Alınan nəticələr cədvəl və şəkillər vasitəsi ilə sistemləşdirilir və mətnin məntiqi ardıcıllığı ilə təqdim olunur.
– Cədvəllərin adı və şəkil altı yazılar elə olmalıdır ki, mətnə müraciət etmədən onların məzmunu aydın olsun. Şəkillərin ölçüləri təxminən 8×8 sm olmalıdır.
Ədəbiyyat siyahısı:
-Məqalədə istinadlar ardıcıl sıralanmalıdır.

Jurnal məqaləsinə istinadda bütün müəlliflərin adları, məqalənin adı, jurnalın adı, ili, cildi, nömrəsi, səhifələri göstərilir. 

Nümunə:

1. Кахраманов Н.Т., Азизов А.Г., Осипчик В.С., Мамедли У.М., Арзуманова Н.Б. Наноструктурированные композиты и полимерное материаловедение. // Плас- тические массы. 2016, №1-2, с. 49-57.
2. Səmədova F.İ., İbrahimova M.C., Məmmədov R.B., Həsənova R.Z. Yağ fraksiyalarının ion maye tərkibli ekstragentlə təmizlənməsindən alınan baza yagı. // Kimya Problemləri, 2010, №4, səh. 680-683.
3. Manjanna K., Kumar T., Shivakumar B. Natural Exopolysaccharides. Novel Excipients in Drug Delivery. // Archives of Applied Science Research, 2009, no. 1, pp. 230-253.

Kitablara istinad: – müəlliflərin adları, kitabın adı, şəhərin və nəşriyyatın adı, il və səhifələrin ümumi sayı. Tərcümə olunan kitablar üçün mötərəzədə orijinalın dilində kitabın adı verilir.

Nümunə:

Бусев А.И., Иванов В.М., Соколова Т. А. Аналитическая химия вольфрама. Москва: Наука, 1976. 240 с.

Patentlərə istinad:
-Ölkənin adı, patentin nömrəsi, nəşr ili və adı göstərilir.

Nümunə: 

1. Patent RF 2331584 . (2008). Способ получения трифторида калия.
2. AR patenti № İ 20090089 (2008). Metiletilketonun alınması üçün katalizator.
3. Pat. US 367711 (publ. 1971). Foamable synthetic resin compositions.

 

RESEARCH INTO MAZUT HYDROCRACKING IN THE PRESENCE OF SUSPENDED ALUMINOSILICATE CATALYST

G.S. Muktarova, A.B. Hasanova, H.T. Eyubova, H.C. Ibrahimov, V.M. Abbasov

Institute of Petrochemical Processes named after. Yu.Mamedaliyev
Khojali pr., 30, Baku AZ1025, Azerbaijan Republic; e-mail: gulermuxtarova@yahoo.com

The main results of mazut hydrocracking in the presence of superfine aluminosilicate catalyst and its modifications with transition metals (Ni, Мo) have been analyzed. It revealed that under optimal conditions (4300C, 1 MPa) the yield of light oil products is 46.6% mas. without using a catalyst. By adding 2.5% catalyst Az-4, the yield of light oil products rises up to 7% and comprises 53.0%. Using Az-4 modified by transition metals (Ni, Mo), the yield of light oil products rises to make up 60.0% mas. Note that obtained gasoline is characterized by fine chromacity, low content of aromatic and unsaturated hydrocarbons, 69 points MON in a pure form. Diesel fraction is also characterized by low content of aromatic hydrocarbons which defines its high cetane number of 53-54 points. The analysis of gasoline quality and diesel fractions shows that following the additional light hydro-treatment the obtained products can be recommended as commodity fuels of high quality. Keywords: hydrocracking, mazut, aluminosilicate catalyst, transition metals, temperature, gasoline, diesel fraction. 

 

 ИССЛЕДОВАНИЕ ПРОЦЕССА ГИДРОКРЕКИНГА МАЗУТА В ПРИСУТСТВИИ СУСПЕНДИРОВАННОГО АЛЮМОСИЛИКАТНОГО КАТАЛИЗАТОРА

Г.С. Мухтарова, А.Б. Гасанова, Х.Т. Эюбова, Х.Дж. Ибрагимов, В.М. Аббасов

Институт нефтехимических процессов им акад.Ю. Мамедалиева
Национальной АН Азербайджана
AZ 1025 Баку, пр.Ходжалы, 30; e-mail: gulermuxtarova@yahoo.com

Рассмотрены основные результаты гидрокрекинга мазута в присутствии высокодисперсного алюмосиликатного катализатора и его модификаций c переходными металлами (Ni, Мo). Показано, что при оптимальных условиях (4300C, 1 MPa) без использования катализатора выход светлых нефтепродуктов составляет 46.6 % мас.. При добавлении 2.5 % катализатора Az-4 выход светлых нефтепродуктов увеличивается до 7 % и составляет 53.0 %. С использованием модифицированного переходными металлами (Ni, Мo) Az-4 катализатора выход светлых нефтепродуктов увеличивается и составляет 60.0 % мас.
Ключевые слова: гидрокрекинг, мазут, алюмосиликат, переходные металлы, температура, бензиновая фракция, дизельная фракция.

 

Qeyd: Redaksiyaya ingilis dilində təqdim olunmuş məqalələrin azərbaycan və ya rus dillərində olan variantları da mütləq təqdim olunmalıdır.

 

Jurnal özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir. Ona görə də jurnalda məqalə dərc etmək istəyən müəlliflər məqalənin həcmindən asılı olaraq bank vasıtəsi ilə hesaba ödənişlər edir. Məqalə redaksiyaya təqdim olunduqdan  sonra ödəniş edilir. Jurnalda nəşr olunan məqalənin həcmi 8 (səkkiz) səhifəyə qədər olduqda minimum ödəniş 150 AZN və 8 səhifədən sonrakı hər səhifə üçün əlavə olaraq 10 AZN (AMEA əməkdaşları üçün) ödənilir.
Məqaləni qrant layihəsi çərçivəsində və ya növbədən kənar nəşr etdirmək istəyən müəlliflər jurnala abunə yazılmaqla üstünlük əldə edə bilərlər.
*** Redaksiyaya təqdim olunan məqalə başqa jurnalda dərc olunubsa və yaxud məqalə plagiatdırsa ödəniş geri qaytarılmır.

Ödəniş üçün bank rekvizitləri:

KİMYA PROBLEMLƏRİ JURNALI ƏLİYEV AKİF ŞIXAN OĞLU – HƏMTƏSİSÇİ
VÖEN 1002579122
H/H: № AZ681BAZ4104001944966880350
Azərbaycan Beynəlxalq Bankı “
Mətbuat” şöbəsi SWIFT IBAZAZ2X m/h AZ03NABZ01350100000000002944
kod 805142
VÖİN 9900001881